featured-image-30085

“Sumqayıt” yenə “Sabah” qarşısında aciz qaldı. Bu dəfə “kimyaçılar” paytaxt klubundan 4 cavabsız top buraxdı. Meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyunun gedişinə təsir göstərmək, komandasını kökləmək əvəzinə, rəqib futbolçu Aleksey Kaşukla mübahisə edirdi.

Birinci hissədə “Sumqayıt”ın texnik zonasının önündə ukraynalı futbolçu ilə “Sumqayıt”ın baş məşqçisi arasında mübahisə yarandı. Daha doğrusu, Abasov Kaşuka söz atmağa başladı, hətta baş hakim Cavid Cəlilov da bu səbəbdən ona şifahi xəbərdarlıq etdi.

Oyundan sonra mətbuat konfransında 45 yaşlı mütəxəssis “ciddi bir şey olmadığını” dedi. Lakin bir məşqçinin rəqib futbolçu ilə heç nədən bu cür polemikaya girməsi, mübahisə etməsi heç yaxşı görünmür və peşəkarlığa ziddir.

Yaxşı olar ki, Abbasov “Sabah”la 4 oyunda qapılarından 17 top buraxmalarını oturub təhlil etsin, səbəbləri araşdırsın.

AYXAN 

 

media-974753364650e4dafada

media-308645964650e4dc047a

Bənzər xəbərlər