featured-image-30952
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, “dənizçilər” Franko Mazureklə yeni müqavilə bağlamayıblar.
Argentinalı futbolçu ilə başa çatan müqavilə yenilənməyib. Bununla da “Səbail”i tərk edən legionerlərin sayı 6-ya yüksəlib.
Mazurekə qədər Kizito Luvaqa, Qoba Zakpa, Qustavo de Fransa, Petro Stasyuk və Maksim Çex də yola salınıb.

Bənzər xəbərlər