"Səbail" daha bir transferini açıqladı
Səbail” yay fasiləsində ikinci yerli transferini reallaşdırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Süleyman Əhmədov karyerasını paytaxt təmsilçisində davam etdirəcək.
“Sumqayıt”dan ayrılan 24 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, “Səbail”in ilk transferi “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev olub.







