“Səbail”də növbəti ayrılıq?
Mövsümün sonunda 3 futbolçu ilə vidalaşan “Səbail” daha bir legionerlə əməkdaşlığa son qoya bilər.
Msport.az saytının məlumatına görə, “dənizçilər”in bu ilin fevralında “Uypeşt”dən icarəyə götürdüyü Matiya Lyuyiçlə müqaviləni uzatmayacağı gözlənilir.
Burada məsələ Bakı klubunun serbiyalı yarımmüdafiəçini istəməməsi ilə bağlı deyil. Əsas səbəb Macarıstan klubunun 30 yaşlı pleymeykeri geri qaytarmaq istəməsidir.
Qeyd edək ki, Mateo Lyuyiçin “Səbail”lə icarə müqaviləsi mövsümün sonunda başa çatıb.







