featured-image-33095

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub. Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

Xatırladaq ki, “Səbail” bu gün Cabir Əmirli ilə müqaviləni uzatdığını açıqlayıb.

Bənzər xəbərlər