"Səbail"də yeni sözləşmə
“Səbail” futbolçusu Cabir Əmirli ilə müqaviləni yeniləyib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Cabir Əmirli 2021-ci ildən “dənizçilər”də çıxış edir.







