featured-image-28754

“Səbail”in deyəsən, problemləri təkcə əsas komanda ilə bağlı deyil. Klubun Akademiyasından da tez-tez xoşagəlməz söhbətlər eşidirik. İndi də klubun U-17 komandasının baş məşqçisi Yaşar Abuzərov “diqqət mərkəzinə” düşüb.

Msport.az xəbər verir ki, U-17 liqasının “Səbail” – “Neftçi” oyununda Abuzərov cəzalı olmasana baxmayaraq, hissələrarası fasilədə və oyun bitdikdən sonra meydana daxil olaraq hakimləri təhqir edib. Nəticədə, AFFA İntizam Komitəsi “Səbail”in baş məşqçisini 5 oyunluq cəzalandırıb.

Stajlı azarkeşlər Yaşar Abuzərovu yaxşı xatırlayırlar. O, “ANS Pivani”, “Dinamo Bakılı”, “Ümid”, “Bakı”, “Olimpik”, “Qəbələ” kimi klublarda çıxış edib. 45 yaşlı veteran futbolçu karyerasını 2013-cü ildə “Qəbələ”də başa vurub.

AYXAN 

Bənzər xəbərlər