"Səbail"in yeni icraçı direktoru müəyyənləşdi
“Səbail”in yeni icraçı direktoru müəyyənləşib.
Msport.az-ın əldə etdiyi məlumata görə, klubun Müşahidə Şurasının üzvü Firuz Abdulla həmin vəzifəyə təyin olunacaq.
AFFA-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan funksioner böyük ehtimalla bu postundan ayrılacaq.
Qeyd edək ki, “Səbail”in əvvəlki icraçı direktoru Fərəc Əliyev mövsüm başa çatdıqdan sonra istefa vermişdi.







