featured-image-18078

“Səbail” Premyer Liqanın 16-cı turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi sabah baş tutacaq bu oyun üçün artıq Qəbələyə yollanıb.

“Dənizçilər”in heyətində iki zədəli futbolçu bu oyundan öncə sıraya dönüb. Belə ki, Ruslan Hacıyev və Ağabala Ramazanov zədələrini bərpa etdiiyinə görə komanda ilə birlikdə səfər oyununa yollanıblar. Onların meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək.

Sabah Qəbələ şəhər stadionunda keçiriləcək bu oyuna saat 14:30-da start veriləcək.

Bənzər xəbərlər