“Səbail” Türkiyə klubları ilə qarşılaşacaq
“Səbail”in Türkiyə toplanışındakı rəqibləri bilinib.
Msport.az xəbər verir ki, “dənizçilər” Ərzrumda “Samsunspor”, “Alanyaspor” və “Konyaspor”la üz-üzə gələcəklər.
Qeyd edək ki, Şahin Diniyevin komandası dünən Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Kəpəz”lə ilk yoxlama görüşünü keçirib və 2:1 hesabı ilə qalib gəlib.







