"Səbail" ukraynalı legionerlə də yollarını ayırdı
Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Maksim Çexlə vidalaşıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.
Qeyd edək ki, “Səbail” daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.







