featured-image-1297

Dünyanın ən güclü şahmatçılarından hesab olunan Şəhriyar Məmmədyarovun bu gün 37 yaşı tamam olur.

 

Msport.az xəbər verir ki, Sumqayıtda şahmatçılar ailəsində dünyaya göz açar Şəhriyar 1997-ci ildə 12 yaşlılar arasında Azərbaycan çempionatının qalibi olub. Məmmədyarov 2003-cü ildə 18 yaşı olarkən gənclər arasında dünya birinciliyində qızıl meda qazanıb. 2005-ci ildə yenidən analoji yarışda fərqlənən şahmatçımız gənclər arasında yeganə ikiqat dünya  çempionudur.

 

Azərbaycanlı qrossmeyster iki dəfə – 2014 və 2018-ci illərdə İddiaçılar turnirində iştirak edib. O, 2013-cü ildə rapid üzrə dünya çempionu olub.  Məmmədyarov 2018-ci ilin fevralında FİDE-nin reytinq cədvəlində 2-ci yeri tuturdu. Həmin il reytinqini 2826-a çatdıran “şah” dünya şahmat tarixində 6-cı nəticə göstərdi.

 

Şəhriyar dünya şahmatında yarıdıcı, parlaq oyun göstərməsi ilə seçilir.  Təbriklər, “şah”!

Bənzər xəbərlər