featured-image-11184

Fransanın “Monpelye” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Şotlandiyanın “Seltik” klubunun müdafiəçisi Kristofer Jülyeni transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Fransadan olan 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Monpelye” bu keçidə görə “Seltik”ə cəmi 1 milyon avro ödəyib.

Jülyen Fransanın “Oser” klubunun yetirməsidir. O, öz ölkəsində “Dijon” və “Tuluza”nın, Almaniyada “Frayburq”un da formasını geyinib. Mərkəz müdafiəçisi “Seltik”də keçirdiyi 3 mövsüm ərzində 62 oyuna çıxıb, 10 qol vurub.

Bənzər xəbərlər