Serbiyalı müdafiəçi "Zirə"ni I Liqa klubuna dəyişdi
Ötən mövsümün sonunda “Zirə”dən ayrılan Nemanya Ancelkoviçin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, serbiyalı müdafiəçi Rusiyanın “Akron” komandasına keçib.
Məlumatı I Liqa təmsilçisinin rəsmi saytı yayıb. 26 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Nemanya Ancelkoviç 2021-ci ilin yanvarından “Zirə”də çıxış edirdi.







