Serena Uilyams Tomas Baxla birgə finalda
“Böyük Dəbilqə” turnirlərinin 23 qat qalibi Serena Uilyams Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birgə Olimpiya oyunlarının tennis yarışlarının finalını izləyir.
Msport.az xəbər verir ki, hazırda davam edən kişilərin həlledici görüşündə serbiyalı Novak Cokoviç İspaniya təmsilçisi Karlos Alkarasla üz-üzə gəlir.
Qeyd edək ki, reytinqdə Cokoviç dünyanın 2-ci, Alkaras isə 3-cü tennisçisidir.