Sergen Yalçın cəbhəsindən Bakıdakı görüşlə bağlı ilk açıqlama - FOTO
“Neftçi” ilə danışıqlar aparmaq üçün Bakıya gələn Sergen Yalçın İstanbula qayıdıb.
Msport.az “NTV Spor”a istinadən xəbər verir ki, tərəflər hələlik müqavilə şərtlərində razılığa gələ bilməyiblər.
51 yaşlı mütəxəssis qərar vermək üçün “ağ-qaralar”dan vaxt istəyib.
Bu arada, çalışdırıcının köməkçisi Murat Şahin görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Neftçi” klubu və SOCAR prezidenti Rövşən Nəcəfə bizə göstərdikləri qayğıya görə çox təşəkkür edirik”, – o yazıb.
İddiaya görə, Sergen Yalçın SOCAR-dan bir mövsümlük müqavilə üçün 4 milyon avro tələb edib.








