featured-image-26197

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək İsveç yığmasının heyətində bu matçdan öncə dəyişiklik olub.

Msport.az xəbər verir ki, sol cinah müdafiəçisi Lüdviq Auqustinsson zədə səbəbindən yığmanın düşərgəsini tərk etməli olub.

Müqavilə ilə “Sevilya”ya məxsus olan, hazırda “Malyorka”da icarədə çıxış edən 28 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikaya 0:3 hesabıyla uduzduqları matçda sıradan çıxıb. Bu üzdən də o, “Malyorka”nın düşərgəsinə qayıtmaq məcburiiyyətində qalıb.

İsveç millisinin baş məşqçisi Yanne Anderson Auqustinssonun əvəzində İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Ken Semanı yığmaya çağırıb.

Xatırladaq ki, martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bənzər xəbərlər