Şirkətlər Liqasında çempion bəlli oldu
ETOPAZ-ın baş sponsorluğu ilə Şirkətlər Liqasında 25 böyük şirkət komandası mart ayının 12-si mübarizəyə başlayıb.
Msport.az xəbər verir ki, hər qrupda 6 komanda olmaqla komandalar 4 qrupda mübarizə aparıb. 11 iyun tarixində keçirilən final qarşılaşmasında Azersun Rahat Marketi 2-1 hesabı ilə məğlub edərək turnirin baş mükafına sahib olub. 3-cü yer uğrunda qarşılaşmada AzəriMed, Caspian Cable Systemsdən 7-3 hesabı ilə üstün olub.
Turnirdə fərqlənən oyunçular Etopaz tərəfindən dəyərli hədiyyələr ilə təltif olunublar.
Ən yaxşı qapıçı – Elmar Qasımov – AzəriMed
Ən yaxşı oyunçu – Əsgər Alışanov – Rahat Market
Ən məhsuldar oyunçu – Eşqin Tağıyev Azersun