featured-image-5196

Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç millimizlə Bakıdakı oyundan əvvəl istefaya göndərilib.

Msport.az “Tvnoviny” nəşrinə istinadən xəbər verir ki, Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi bu gün baş tutan növbədənkənar iclasda qərar çıxarıb.

Slovakiya ötən gün Millətlər Liqasının II turunda evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzub. Tarkoviç 2020-ci ildə millinin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də mübarizə aparıb.

Qeyd edək ki, iyunun 10-da “Dalğa Arena”da oynanılacaq Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər