featured-image-34676

İspaniya millisinin keçmiş futbolçusu Roberto Soldado karyerasını bitirib.

Msport.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu instaqram hesabında məlumat verib.

Soldado karyerası ərzində “Real Madrid”, “Osasuna”, “Valensiya”, “Tottenhem”, “Xetafe”, “Vilyarreal”, “Fənərbaxça”, “Qranada” kimi komandaların formasını geyinib. O, son olaraq “Levante”nin şərəfini qoruyub.

Qeyd edək ki, Soldado İspaniya millisində 12 oyunda iştirak edib, 7 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər