featured-image-27484

“Turan Tovuz”un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

27 yaşlı forvard cari mövsümdə 12 dəfə fərqlənib. O, 29-cu turda “Şamaxı” ilə görüşdə rəqib qapısına yol tapıb.

Afrika təmsilçilərinin daha çox qol vurması sonuncu dəfə 2014/2015 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə fərqlənmişdi.

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.

Bənzər xəbərlər