featured-image-17409
“Kəpəz”in müdafiəçisi Peyman Keşavarzi İran yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib. Msport.az klubun mətbuat xidmətinə istinadən 27 yaşlı futbolçu ölkəsində baş verənlərdən də danışıb:
“Əvvəla onu deyim ki, bu gün İranda yaşananlarla bağlı həm mən, həm də həmyerlilərimiz narahatdı. Açığı, indi dünya çempionatına bir o qədər də maraq yoxdu. Çünki hamı son olaylara görə çox məyusdur. Ümid edirəm ki, tezliklə hər şey düzələr, insanlar yenidən xoşbəxt və istədikləri kimi həyatlarını yaşamağa davam edərlər.
Millidə çıxış edən futbolçuların bəziləri xalqa dəstək oldu, amma bəziləri olmadı. Buna görə çox üzgünəm. Çünki xalq onlar udanda da, uduzanda da komandanın arxasında durub, dəstək verib. Qaldı ki, yığmanın çıxışı ilə bağlı gözləntilərə, elə fikirləşirəm qrupdan çıxmaq olar. Bunun üçün əla imkan da var. İngiltərəni çıxsaq, Uels və ABŞ-a qalib gəlmək olar. Əgər futbolçular qrupdan çıxa bilsələr, bunu bacarsalar, ölkənin bugünkü vəziyyətində insanlara çox böyük sevinc bəxş edərlər. Milli üzvləri də bunu düşünüb qazanacaqları qələbələrin ölkə üçün nə qədər vacib olduğunun fərqində olsalar, dediyim kimi qrupdan çıxmaq mümkün olacaq. Şans var, rəqiblər eyni gücə malikdirlər. İngiltərədən başqa aşkar favorit yoxdu. İran komandasına uğurlar arzu edirəm, inşallah, yaxşı nəticələr qazanıb azarkeşləri sevindirər”.

Bənzər xəbərlər