"Spartak" "Neftçi" ilə oyunu açıqladı - RƏSMİ
“Spartak” iyulun 18-də Moskvada “Otkrıtie Bank Arena”da “Neftçi” ilə yoxlama oyunu keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə “qırmızı-ağlar”ın mətbuat xidməti məlumat yayıb. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Neftçi” hazırda Sankt-Peterburqda “Parı Premyer” turnirində mübarizə aparır. “Ağ-qaralar” ilk oyunda “Zenit”ə 1:3 hesabı ilə məğlub olub. Bakılıları qarşıda “Fənərbaxça” və “Srvena Zvezda” ilə görüşlər gözləyir.







