featured-image-20996

“Srvena Zvezda” klubunun baş məşqçisi Miloş Miloeviç “Neftçi” ilə yoxlama oyunundan (1:0) danışıb.

Msport.az Serbiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis komandasının oyunundan razı qalıb:

“Matçların özünə inam sayəsində qazanılması yaxşı haldır. Lakin daha önəmlisi odur ki, 60 dəqiqə meydanda olan futbolçular da yaxşı işlədilər və asan olmasa da, intensivliyi artıra bildilər. Biz çoxlu qol vəziyyətləri yaratdıq. Az oynayan futbolçulara da şans verdik, onlar məsuliyyəti hiss etdilər və “Srvena Zvezda” forması geyinməkdən həzz aldılar.

Komandamın bugünkü oyunda çoxlu qol vəziyyətləri yaratması şübhəsiz ki, məni sevindirir. Ümid edirəm ki, effektivlik gələcək. Vacib olan odur ki, onlar qol vəziyyətlərinə girirdilər. İnanıram ki, rəsmi görüşlərdə əllərinə düşən imkanları dəyərləndirəcəklər”.

Bənzər xəbərlər