"Ani səhvdən qol buraxdıq" - "Şamaxı"nın baş məşqçisi
Azərbaycan Premyer Liqasında XXXI tura start verilib. Msport.az xəbər verir ki, turun açılış matçında “Şamaxı” doğma meydanda “Kəpəz”lə sülhə razılaşıb – 1:1. Şamaxı təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli oyundan razı qaldığını bildirib:
“Kəpəz” həm keyfiyyətli yerli, həm də yaxşı legionerlərə malik komandadı.
Son turlarda formada olan komandayla mübarizə apardıq. Düşünürəm ki, rəqibin sürətli və texnikalı futbolçularına qarşı yaxşı oyun nümayiş etdirdik. Qələbə qazana bilməsək də, oyunçularıma təşəkkür edirəm. Ani səhvdən qol buraxaraq qələbəni əldən verdik. Standart vəziyyətlər ən zəif yerimizdi. Premyer Liqada qalmaq üçün son oyunun son dəqiqəsinə qədər mübarizə aparacağıq. Azarkeşlərimizə stadiona gələrək bizə dəstək olmalarını istəyirik” (CBC Sport)







