featured-image-16853

Rumıniyanın “Styaua” klubu “Neftçi”nin futbolçusu Kenni Sayefin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, Buxarest təmsilçisinin baş meneceri Mixay Stoyka israilli yarımmüdafiəçi haqqında iddiaları təkzib edib.

Klub rəsmisi indiyədək 29 yaşlı oyunçu barədə heç nə eşitmədiyini söyləyib: “Etiraf edim ki, Azərbaycan çempionatını izləmirəm”.

Qeyd edək ki, Kenni Sayef cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər