featured-image-30005

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq. Msport.az xəbər verir ki, son oyunda “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

Meydan sahibləri yüksək liqada qalmaq işini həll etmədiklərindən onlara mütləq xal lazımdır.

Bu mövsüm “Sabah” “Sumqayıt”ı hər 3 oyunda böyük hesabla məğlub edib.

Turun digər oyunlarında “Qarabağ” “Səbail”i səfərdə 3:0, “Turan Tovuz” isə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “Neftçi” -” Şamaxı” və “Zirə”- “Kəpəz” matçları 1:1 hesabı ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

17 may (çərşənbə)

“Sumqayıt”– “Sabah” 0:4

Qol: C.İrasabal, 34, D.Volkov, 44, K.Da Silva, 45+1, K.Sebalyos, 74
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”, 19:30

“Sumqayıt”: 25. İlnur Valiev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel

“Sabah”: 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov,33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos

Bənzər xəbərlər