featured-image-25173

“Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib.

Msport.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.

Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.

Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

Bənzər xəbərlər