featured-image-20417

Mövsümün ikinci yarısı üçün hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, komanda yerli vaxtla saat 16:00-da “Topkapı” hotelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın hər iki qolunun müəllifi Süleyman Əhmədov olub.

Bənzər xəbərlər