“Sumqayıt” Ərzuruma yollanır
“Sumqayıt” yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək. Msport.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, iyunun 26-dan etibarən baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komanda təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.
Qeyd edək ki, “Sumqayıt” 16-27 iyul tarixlərində Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.
Yoxlama oyunları və matçların keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək.







