featured-image-33509

Yeni mövsümə hazırlaşan “Sumqayıt” ilk əcnəbi futbolçu transferini reallaşdırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun komandası son mövsüm Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub.

24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.

Bənzər xəbərlər