featured-image-26491

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə-2” – MOİK matçında qalib müəyyənləşməyib. “Sumqayıt-2” “Mingəçevir”lə ev oyununda darmadağına sevinib. Altı qolun qeydə alındığı “Şamaxı-2” – “Səbail-2” matçında isə qonaqlar qalib gəliblər.

I Divizion
XXII tur

29 mart

“Zirə-2” – MOİK 1:1
Qol: Xəqani Sadıxov, 82 – Cavad Qurbanlı, 61-öz qapısına.
Hakimlər: Rauf Allahverdiyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Əli Əliyev.
“ASK Arena”, 13:00.

“Sumqayıt-2” – “Mingəçevir” 3:0
Qol: Ayxan Süleymanlı, 68. Rüstəm Hümbətov, 85-pen. Cavidan Abbaszadə, 87.
Hakimlər: İnqilab Məmmədov, Asiman Əzizli, Sevda Nuriyeva, Səbuhi Bayramov.
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00.

“Şamaxı-2” – “Səbail-2” 2:4
Qol: Tapdıq Əhmədov, 17. Asim Əliyev, 49 – Elvin Vəliyev, 16. Xəyal Bədirov, 51. Balamirzə Soltanov, 80. Kamran Məlikov, 90+3-öz qapısına.
Hakimlər: Tural İbrahimov, Asif Abdullayev, Zakir Şükürzadə, Murad Səlimov.
Şamaxı şəhər stadionu, 15:00

30 mart

“Turan Tovuz-2” – “Araz Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov.
Tovuz şəhər stadionu, 14:00

“Kəpəz-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“İmişli” – “Neftçi-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə.
Saatlı OİK stadionu, 15:00.

“Qarabağ-2” – “Zaqatala”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva.
Binə qəsəbə stadionu, 15:00.

Bənzər xəbərlər