"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzatdı
“Sumqayıt” müdafiəçisi Elvin Bədəlovla anlaşmanın müddətini uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə daha iki illik müqavilə bağlanıb.
Qeyd edək ki, 2019-cu ildən “kimyaçılar”ın şərəfini qoruyan Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və “A” millilərinin uğurları üçün çalışıb.