"Sumqayıt"ın futbolçusunun cəzası məlum oldu
“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayevin cəzası məlum olub.
Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi yarımmüdafiəçini 2 oyunluq diskvalifikasiya edib.
Buna səbəb Mustafayevin Premyer Liqanın XXVIII turunda “Turan Tovuz”la oyunda qırmızı vərəqə alması olub. “Sumqayıt” buna görə,1600 manat cərimələnib.
“Kəpəz” – “Səbail” matçı başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olması gəncəlilərin 1600 manat cərimə olunması ilə nəticələnib. Bənzər hadisə “Sabah” – “Qəbələ” görüşündən əvvəl yaşanıb. Bu üzdən bakılılar 1600 manat ödəməli olacaqlar.







