"Sumqayıt"ın kubokdakı rəqibi bəlli oldu
“Sumqayıt”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Msport.az xəbər verir ki, komanda bu raundda MOİK-lə üz-üzə gələcək.
“Hərbçilər” II təsnifat mərhələsində “Şimal”ı 3:1 hesabı ilə üstələyib.
Komandanın qollarını 17-ci dəqiqədə Cavid Tağıyev, 55-ci dəqiqədə Balamirzə Soltanov, 90+1-ci dəqiqədə Cavidan Abbaszadə vurublar. Qonaqların təsəlli qoluna isə 90+3-cü dəqiqədə Məhəmməd Ağayev imza atıb.
Qeyd edək ki, dünən “Turan Tovuz” klubu “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Bu gün Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, “Kəpəz” “Ağdaş”la, “Səbail” isə “Dinamo” ilə üz-üzə gələcək. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.