featured-image-17595

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandasına başçılıq edə bilər.

Msport.az-ın məlumatına görə, bu barədə jurnalist Vladislav Tatur özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Soliqorsk təmsilçisinin rəhbərliyi komandanın sabiq baş məşqçisini geri qaytarmağı nəzərdən keçirir.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb. O, bu ilin sentyabrında “Sumqayıt”dan istefaya göndərilib.

Bənzər xəbərlər