featured-image-28640

I Divizionda XXVI turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, bu gün daha 3 matç olub.

“İmişli” Şamaxı səfərindən məğlubiyyətlə dönüb. Qonaqların heyətində Rafət Aydınov həm rəqib, həm də öz qapısına qol vurmaqla seçilib.
“Qaradağ Lökbatan” rəqib meydanında “Qəbələ”nin əvəzedicilərini məğlub edib. “Sumqayıt-2” isə doğma divarlar arasında “Zaqatala” ilə bacarmayıb.

I Divizion
XXVI tur
24 aprel

“Turan Tovuz-2” – “Səbail-2” 0:2
Qollar: Taleh Qarayev, 71; 90+3.
Tovuz şəhər stadionu, 15:00.

25 aprel

“Şamaxı-2” – “İmişli” 2:1
Qol: Rafət Aydınov, 2-öz qapısına. Asim Əlizadə, 43 – Rafət Aydınov, 15.
Şamaxı şəhər stadionu, 15:00.

“Qəbələ-2” – “Qaradağ Lökbatan” 0:1
Qol: Mehdi Həşumov, 19.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Zaqatala” 0:1
Qol: İbrahim Qədirzadə, 26.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00

26 aprel

“Araz Naxçıvan” – “Mingəçevir”
Naxçıvan Muxtar Respublika stadionu, 14:00.

“Zirə-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 15:00.

Bənzər xəbərlər