"Sumqayıt" Portuqaliyadan braziliyalı futbolçu gətirir
“Sumqayıt” heyətini braziliyalı futbolçu ilə gücləndirəcək. Msport.az “Rekor” nəşrinə istinadən xəbər verir ki, Portuqaliyanın “Torreense” klubunun yarımmüdafiəçisi Dieqo Raposo karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək.
Nəşrin yazdığına görə, Samir Abasovun komandası braziliyalı oyunçu ilə danışıqlar aparır. Yaxın günlərdə müqavilə bağlana bilər.
Sol cinah vingeri olan Raposo daha öncə “Beyra Mar”da çıxış edib.
O, ötən mövsüm Portuqaliya II liqasında 28 oyunda 4 qol vurub.







