featured-image-25270

“Sumqayıt”ın bu gün evdə “Qarabağ”a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan öncə azarkeşlərlə bağlı problem yaşanıb.

Msport.az saytının məlumatına görə, matçın oynanılacağı “Kapital Bank Arena”da tamaşaçı sayının həddindən artıq çox olacağını nəzərə alan polislər 18 yaşdan az uşaqları valideynsiz içəri buraxmırlar. Bu səbəbdən yüzlərlə gənc və yeniyetmə fanat arenaya daxil ola bilməyib.

Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.

CAHİD

Bənzər xəbərlər