featured-image-20790

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Msport.az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutan görüşdə rəqib Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” olub.

“Titanic Mardan” hotelinin idman kompleksində baş tutan qarşılaşmada“Sumqayıt” 0:1 hesablı məğlubiyyətə üzülüb. Samara təmsilçisi yeganə qolu 86-cı dəqiqədə vurub. Oyunda yeganə qolun müəllifi Vladislav Şitov olub.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

“Sumqayıt” sabah vətənə dönəcək.

Bənzər xəbərlər