featured-image-20752

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutacaq görüşdə rəqib Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” olacaq.

“Titanic Mardan” hotelinin idman kompleksində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 15:30-da start verilib.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

Bənzər xəbərlər