featured-image-56474

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, “ASCO Arena”da “Səbail”in “Sumqayıt”ı qəbul etdiyi görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.

Bu qələbə sayəsində “Sumqayıt” xallarının sayını 10-a çatdırıb. “Səbail” isə 7 xala malikdir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” “Zirə” görüşü isə heç-heçə başa çatıb – 1:1.

Bənzər xəbərlər