Şuşadakı villa Mxitaryanın deyilmiş?
Müharibə dövründə Şuşada “İnter”in futbolçusu Henrik Mxitaryana aid villanın olması barədə məlumatlar geniş yayıldı. Ordumuz Şuşanı azad etdikdən sonra həmib malikanədən Ermənistan millisinin sabiq üzvünün forması və futbola aid digər əşyalar tapılıb.
Msport.az xəbər verir ki, jurnalist Elmar Abdullazadə əslində villanın Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyana aid olduğunu sosial şəbəkədə yazıb:
“Şuşadakı villa Henrik Mixitaryana yox, 2002-2018-ci ilər aralığında Ermənistan Futbol Federasiyasına rəhbərlik etmiş Ruben Ayrapetyana məxsusdur. Malikanənin inşaasına 2013-cü ildə başlanılıb. Həmin dövr Ermənistanın “Jamanak” qəzeti yazırdı ki, oliqarxlar Şuşada bahalı villalar tikməklə Qarabağa bağlılıqlarını göstərirlər, yəni onlar Şuşanın nə vaxtsa azərbaycanlılara geri qayıtmacağından əmin olaraq buraya küllü miqdarda vəsait sərf edirlər. 2020-ci ilin noyabrında villa Azərbaycan ordusu tərəfindən ələ keçiriləndə malikanədə tapılan Mixitariyanın forması və futbola aid digər əşyalar tikilinin futbolçuya məxsus olması fikrini yaradıb”.
AYXAN