featured-image-52173

“Oyunda rəqibin “Qarabağ”ı yaxşı təhlil etdiyi bəlli oldu”.

Msport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

O, Çempionlar Liqasının lll təsnifat mərhələsində “Qarabağ” – “Lüdoqorest” (1:2) matçını şərh edib. Klub prezidenti bildirib ki, Azərbaycan çempionunun bolqarlarla ilk görüşündə performansından razı qalıb: “Komandadakı iradə önəmlidir. Oyunda üstünlük “Qarabağ”da idi. Bu, futboldur. Qismət belə gətirdi. Elə olur ki, müəyyən bəxtsizliklər səbəbindən belə alınır. Rəqibin qapıçısı komandasının xilasedicisi oldu. Bolqarıstan çempionudurlar. Avrokuboklarda çıxış edən komandadır. Heç bir rəqibi özümüzdən aşağı görmürəm. Bolqarıstandakı matçda mən də komandamla birlikdə olacam. Onlara dəstək olacam. Bu günkü performansımızı bir az da artırıb sürpriz etsək, orada qalib gələcəyik. “Qarabağ” səfərə yalnız qələbə üçün yollanacaq”.

Onun sözlərinə görə, bu il Premyer Liqada da gərgin mübarizə gedəcək: “Çətin oyunlar bizi bu kimi maçtlara hazırlaşdırır. Ona görə çətinliyə baxmayaraq yerli futbolun inkişafına dəstək veririk”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də səfərdə baş tutacaq.

Bənzər xəbərlər