Tanınmış mütəxəssis Azərbaycana gəl
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin və Beynəlxalq Kanoe Federasiyasının Milli İdman Sistemlərinin İnkişafı layihəsi çərçivəsində avarçəkmə üzrə tanınmış mütəxəssis Aleksandr Nikoronov ikinci dəfə Azərbaycana səfər edib.
Msport.az xəbər verir ki, Böyük Britaniyadan gələn qonaq səfəri zamanı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yerli məşqçi və hakimlərə seminarlar keçib.
Seminarda avarçəkmə idmanı növündə son yeniliklər, həmçinin qısa və uzunmüddətli idman strategiyasın hazırlanması mövzuları müzakirə olunub.
Aleksandr Nikoronov Azərbaycanda avarçəkmə üçün uyğun olan su hövzələri ilə də tanış olub.