"Telefonumda onun adını "Rahid Legenda" kimi qeyd etmişəm"
Son 5 mövsümü “Səbail”də keçirən Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev futbolla vidalaşıb.
Msport.az xəbər verir ki, 34 yaşını karyerasını bitirən yarımmüdafiəçinin yığmadan keçmiş komanda yoldaşı onunla bağlı təəssüratlarını “dənizçilər”in mətbuat xidməti ilə bölüşüb:
“Telefonumda Rahidin adını “Rahid Legenda” kimi qeyd etmişəm. O, Azərbaycan futbolunun əfsanəsidir. Həm insan, həm də idmançı kimi nümunəvi şəxsiyyətdir. Səmimi, mehriban və peşəkardır. Rahid hazırda istənilən insan üçün nümunədir. Azərbaycan futbol tarixinin vacib hissəsidir. Əminəm ki, O, istənilən şəkildə Azərbaycan futboluna hələ çox xeyir verəcək! Ona uğurlar arzulayıram!” – Əfran İsmayilov







