Telekanal rəsmisi: "Qarabağ" - "Gent" oyunu bizim üçün əsas prioritetdir"
Belçikanın İctimai televiziyası UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Barselona” – “Mançester Yunayted” oyununu canlı yayımlamayacaq.
Msport.az xəbər verir ki, buna səbəb həmin gün “Gent”in Bakıda “Qarabağ”a qarşı Konfrans Liqasının pley-off matçına çıxmasıdır.
Telekanalın idman meneceri Benua Delyoter yerli mətbuata açıqlamasında bildirib ki, Belçika təmsilçilərinin avrokubok görüşlərini yayımlamaq üçün müqavilə imzalamaqla üzərinə öhdəlik götürüb: “Bu səbəbdən “Qarabağ” – “Gent” oyunu bizim üçün əsas prioritetdir”.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
CAHİD