featured-image-48499

Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Msport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.

Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.

Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.

Qeyd edək ki, Dünya Kuboku mayın 25-26-da baş tutacaq.

Bənzər xəbərlər