Təmsilçimiz 18-ci oldu
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Səbinə Əliyeva Türkiyənin Ankara şəhərində keçirilən Fiqurlu Konkisürmə üzrə Yeniyetmələr arasında Gran-Pri yarışında iştirak edib.
Msport.az xəbər verir ki, idmançımız qısa və sərbəst proqramlar üzrə çıxış edərək 35 idmançı arasında 129.84 xal taplayıb.
Əliyeva yekun nəticəyə əsasən, 18-ci yerə sahib olub.