featured-image-51014

Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə federasiyasından Msport.az-a verilən məlumata görə, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.

Bənzər xəbərlər